Azərbaycan Premyer Liqasında 15-ci turda “Turan Tovuz” – “Sabah” görüşü olub. Qarşılaşmanın 1-ci hissəsində komandaların bütün səyinə baxmayaraq hesab açılmayıb. Qonaqlar fasilədən sonra təzyiqi artıraraq istəklərinə çatıblar. Vaxtın bitməsinə 10 dəqiqə qalmış hesab açılıb. Aleksey Kaşuk “Sabah”ı önə çıxarıb. Bu qol matçda yekun nəticəni müəyyənləşdirib. Beləliklə Murad Musayevin komandası minimal hesabla qalib gələrək lider “Qarabağ”la xal fərqini 3-ə endirib. “Sabah” hazırda 38 xalla 2-ci yerdədir. “Neftçi” 32 xalla ilk 3-lüyü tamamlayır.
Azərbaycan premyer liqasında 15-ci tura “Sumqayıt” – “Qəbələ” oyunu ilə başa çatıb. Fasiləyə kimi hesab açılmasa da, 2-ci yarıda komandalar hərəyə 1 qol vurublar. 74-cü dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirərək qonaqlara üstünlük qazandırıb. 5 dəqiqə sonra Todor Todorski tarazlığı bərpa edərək son nöqtəni qoyub. “Sumqayıt” – “Qəbələ” 1:1.